Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə may ayı üçün sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri başa çatdırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşlar vəsaitlərini plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.