Vətəndaşların son zamanlar köhnəlmiş, zədələnmiş əskinazlar və dəmir pulların – qəpiklərin alış-veriş məkanlarında qəbul edilmir. Kassirlər belə pulları dövriyyədən çıxarılmış hesab edir və alıcılara “bizdən bu pulları qəbul etmirlər”, deyərək geri qaytarırlar. Məlumdur ki, zədələnmiş dəmir pulları “Bakıkart” yükləmə aparatları da qəbul etmir. Bəs belə olan halda vətəndaş nə etməlidir?
Sherg.az-a açıqlama verən iqtisadçı Fuad brahimov qeyd etdi ki, Mərkəzi Bankda köhnəlmş, müəyyən hissəsi qoparılmış və ya təsviri pozulmuş əskinazların qəbulu şöbəsi fəaliyyət göstərir. Şöbə zədələnməş pulları təvhil alıb yenisi ilə əvəz edir. Lakin bu zaman müəyyən şərtlər tələb olunur:
- Mərkəzi Bank zədələnmiş əskinazları, xarab olmuş dəmir pulları qəbul edir. Bu, onların vəzifəsidir. Amma müəyən şərtlər də tələb olunur. Əvvəla, əskinazın seriya nömrəsi tam görünməlidir. Heç olmasa pulun 60 faizi bütöv olmalıdır. Yəni, əskinazın nominal dəyəri görünməlidir, yaxşı olar ki seriya nömrələri də normal görünsün.
İqtisadçı qeyd etdi ki, marketlər də əslində, köhnəlmiş, zədələnmiş pulları, həmçinin ən kiçik nominalda olan dəmir pulları – qəpikləri alıcıdan qəbul etməlidir:
- Çünki bütün alış-veriş mərkəzləri eynilə vətəndaşlar kimi zədələnmiş pulları Mərkəzi Banka təhvil verə bilər. Amma onlar özlərinə əlavə iş açmaq istəmir, “qəbul etmirik, bizdən qəbul etmirlər”, deyərık vətənaşı çətin vəziyyətə salırlar.
Ödəniş və yükləmə terminallarda bəzən dəmir pulların və bir neçə il əvvəl çap olunmuş bəzi əskinazların (məsələn, köhnə 10 manatlıqlar) qəbul edilməməsi məsələsinə toxunan F.İbrahimov qeyd etdi ki, bu məsələni Bakı Metopoliteni və ödəniş terminallarına cavabdeh qurumlar həll etməlidir:
- Ödəniş, yükləmə terminalları ilə bağlı şikayətlər, narazılıqlar var. Bəzən xırda qəpiklər qəbul edilmir, bəzən də köhnəlmiş əskinazlar. Bu da vətəndaşlara problem yaradır, aparatların qarşısında uzun növbələr yaranır. Bu məsələ cavabdeh qurumlar tərəfindən operativ həll edilməlidir. Yükləmə aparatları ölkəyə gətirilib istifadəyə verildikdə belə problem yarandı ki, bəzən sərnişinin böyük nominal pulu olduqda, onu xırdalamaq mümkün olmur. Təsəvvür edək ki, 20 manatlıq və ya 50 manatlıq əskinazı olan vətəndaş məcburdur ki, onu bütünlüklə gediş kartına yükləsin. Çünki onu xırdalamaq mümkün deyil artıq. Biz sosial təbəqələrin hamısını nəzərə almalıyıq.