
Vüqar Bayramov: Pensiya siyasətində differensial yanaşmanın tətbiqi zəruridir
09:34 01.07.2025
Sosial
305
İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olur.
Musavat.com xəbər verir ki, qadınların pensiya yaşı sonuncu dəfə 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib.
Hazırda kişilərin pensiyaya çıxma yaşı 65 ildir.
Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Millət vəkili Vüqar Bayramov “Sherg.az”a söyləyib ki, 2017-ci ildə qəbul olunmuş qanunvericilik dəyişikliyinə əsasən, qadınların pensiya yaşı mərhələli şəkildə artırılır:

“Belə ki, hər il altı ay olmaqla pensiya yaşının yüksəldilməsi nəzərdə tutulub. Bununla yanaşı, mövcud hüquqi çərçivəyə əsasən, xüsusilə dövlət strukturlarında, səhiyyə sahəsində və digər müəyyən sektorlarda çalışan vətəndaşların 65 yaşına qədər əmək fəaliyyəti ilə məşğul olmaq hüququ tanınır. Həmin yaş həddindən sonra isə əlavə üç il müddətində yəni 68 yaşadək əmək fəaliyyətini davam etdirmək hüququ qanunvericiliklə təmin olunmuşdur. Bununla yanaşı, pensiya siyasətində differensial yanaşmanın tətbiqi və yaş meyarı ilə yanaşı keyfiyyət göstəricilərinin də nəzərə alınması zəruridir. Xüsusilə tək analar və çoxuşaqlı ailələrdə uşaqların sayına yenidən baxılmaqla həmin kateqoriyadan olan qadınlar üçün pensiyaya daha tez çıxmağa imkan verən güzəştlərin dairəsinin genişləndirilməsi məqsədəuyğun hesab edilir. Həmçinin, Milli Məclisə təqdim etdiyimiz təkliflərdən biri də ondan ibarətdir ki, pensiya yaşına iki il qalmış işçilərin istər dövlət, istərsə də özəl sektorda işdən azad olunmasının qanunla qadağan olunması təmin edilsin. Bu təcrübə artıq Qazaxıstanda tətbiq olunur və pensiya yaşına yaxınlaşmış şəxslərin əmək hüquqlarının müdafiəsi baxımından əhəmiyyətli mexanizm kimi qiymətləndirilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran diplomatiyasının rəhbərləri Ermənistana səfərə gedir
19:50 07.01.2026
Dünya
Zelenski ABŞ-dan Kadırovu həbs etməsini istədi
19:37 07.01.2026
Dünya
Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi
19:34 07.01.2026
Dünya
"Xəyal" bazarının fəaliyyəti dayandırılıb
18:40 07.01.2026
Cəmiyyət
İran rəsmiləri üsyançılara qarşı güzəşt ehtimalından danışıb
18:32 07.01.2026
Region
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq
18:25 07.01.2026
Siyasət
De Bruyne "Napoli"dən ayrıla bilər
18:17 07.01.2026
Futbol
İran camaatı dini hakimiyyətdən dönməyəcək - Elmar Məmmədyarov
18:10 07.01.2026
Siyasət
ABŞ Rusiya gəmisini ələ keçirdi - YENİLƏNDİ
17:54 07.01.2026
Dünya
Fransa Prezidenti istefa verməyə çağırıldı
17:11 07.01.2026
Dünya
Ötən il dövlət sərhədini pozan 516 nəfər saxlanılıb
17:09 07.01.2026
Ölkə
İranda küçəyə Trampın adı verildi
17:03 07.01.2026
Region