
Avtoxuliqanların arasında tanınmış şəxslər də olur
05:43 09.08.2024
Sosial
450
Onlara ən ağır cəza verilməlidir
Cari ilin 7 ayı ərzində DYP tərəfindən 251 avtoxuliqanlıq faktı aşkarlanıb. Bu barədə DİN Mətbuat xidmətinin məlumatında bildirilir. Qeyd edilir ki, məhkəmələr tərəfindən bu əməli törədən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən sərt sanksiyalar tətbiq edilib. Diqqətə çatdırılır ki, konstruksiya dəyişikliyi edilmiş, dövlət qeydiyyat nişanları çıxarılmış, üzərində təhrikedici sloqanlar həkk olunmuş avtomobillərlə ictimai qaydanı kobud şəkildə pozan avtoxuliqanlar, bu azmış kimi törətdikləri əməlləri sosial şəbəkələrdə yayaraq dırnaqarası qəhrəmanlıqlarını təbliğ etməkdən çəkinmir, uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına zərbə vurduqlarının fərqinə varmırlar. “Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirməklə yanaşı, bir daha avtoxuliqanlığa meyilli olan şəxslərə müraciət edərək onları cəmiyyət üçün təhlükəli olan davranışlardan çəkinməyə, gənc nəslə faydalı əməllərlə örnək olmağa çağırır”, – deyə məlumatda vurğulanır.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, qanunvericilkdə sürücülük hüququndan müvəqqəti məhrumetmə cəzası var:

- Məhkəmənin qərarı ilə sürücülük hüququndan 1, yaxud 2 il müddətinə məhrumetmə cəzası verilə bilər. Bu, ağır cəza hesab edilir. Yol hərəkəti qaydasının pozulma dərəcəsinə uyğun olaraq bu cəza verilə bilər. Bəzən yol hərəkəti qaydaları sürücülər tərəfindən bilərəkdən kobud şəkildə pozulur, yolun hərəkət hissəsində “avtoşluq” edirlər, avtomobili arxa-arxaya sürmək də son zamanlar “dəb” halını alıb. Ən pisi də budur ki, bu cür qayda pozuntularını kameraya çəkib sosial şəbəkələrdə paylaşırlar. Sanki qəhrəmanlıq ediblər, bütün ölkəyə nümayiş etdirmək istəyirlər. Əlbəttə, insan tələfatı ilə, ölümlə, ağır xəsarətlərlə, qəzalarla nəticələnən yol-nəqliyyat hadisələri də baş verir. Məhkəmə baş vermiş hadisənin mahiyyətinə uyğun qərar verməlidir. Eyni qayda pozuntusunu bilərəkdən təkrarlayan, qaydalara “meydan oxuyan”ların cəzaları sərt olmalıdır. Onlar sürücülük hüququndan məhrum edilməlidirlər. Çünki bu cür şəxslər cəmiyyət üçün, piyadalar üçün, digər avtomobillər üçün real təhlükədirlər.
E.Cəfərov təəssüflə bildirdi ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozanlar arasında tanınmış şəxslər də olur:
- Sıravi vətəndaşlarla yanaşı, cəmiyyətdə müəyyən nüfuzu olan şəxslər, müğənnilər, şou-biznes nümayəndələri, blogerlər, hətta ictimai xadimlər arasında da yol hərəkəti qaydalarını pozanlar, avtoxuliqanlıq edənlər var. Qaydaları pozmaqları yetməzmiş kimi, üstəlik, çəkib paylaşırlar da. Paylaşımlarda görürük, təhlükəsizlik kəməri taxmırlar, pəncərəni aşağı salıb əl-qol hərəkətləri edirlər, sükan arxasında, avtomobil hərəkətdə ikən mobil telefonla danışırlar, sürət həddini aşırlar, 90 km. sürət olan yolda saatda 140-160 km.sürətlə idarə edirlər maşını. Şou göstərirlər. Sosial statusundan asılı olmayaraq belə şəxslərə qarşı daha ciddi tədbirlər görülməlidir. Çünki tanınmış insanlar əslində, müsbət nümunə olmalıdırlar cəmiyyətə, amma qayda pozuntusu edib bilərəkdən çəkib paylaşmaqla cəmiyyətə mənfi nümunə göstərmiş olurlar. Onları görən başqaları, yeniyetmələr, gənclər nə öyrənəcək? İnsanlarda belə yanlış təsəvvür formalaşır ki, əgər bu tanınmış şəxslər belə edirsə, qanunlara, qaydalara saymazyana yanaşırlarsa, biz də edə bilərik. Amma bir neçə fakt qeyd edilsə ki, tanınmış filan şəxs yol hərəkəti qaydalarını pozduğuna görə cəzalandı, avtomobili cərimə meydançasına aparıldı, yaxud sürücülük hüququ məhdudlaşdırıldı, bu, cəmiyyətə kimsənin cəzadan yayınmayacağına dair müsbət mesaj olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
17:37 26.08.2026
Aktual
Zelenski cəbhə bölgəsinə səfər edib
17:00 26.08.2026
Dünya
İran və Oman Hörmüz boğazından əldə edilən gəlirləri bölüşdürəcək
16:30 26.08.2026
Dünya
Dünya musiqisinin əfsanəsi Dolly Parton 80 yaşında vəfat edib
16:29 26.08.2026
Mədəniyyət
Nəsib Nəsibli: Netanyahunun bu sözündə həqiqət payı var
15:51 26.08.2026
Aktual
Astanada Qazaxıstan-Çin Süni İntellekt Məktəbi açılacaq
15:30 26.08.2026
Texnologiya
Ucarda zibil poliqonu yanır - FOTO
15:22 26.08.2026
Hadisə
Netanyahu: “Oğullarımdan birini öldürmək istədilər”
15:20 26.08.2026
Dünya
Ərdoğan : “Heç kimə boyun əymərik”
15:03 26.08.2026
Gündəm
İrəvan: Verilmiş vaxt bitdi, KTMT-dən çıxa bilərik
15:00 26.08.2026
Siyasət
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
14:57 26.08.2026
Elm və Təhsil
Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
14:56 26.08.2026
Mədəniyyət
Peskov: Donbas bizimdir
14:35 26.08.2026
Dünya
Rusiya XİN-dən Paşinyana cavab: Bu, şantajdır
14:34 26.08.2026
Dünya
Paşinyan özünə görə Köçəryanı zərərsizləşdirir - Hüquqşünas
14:19 26.08.2026
Gündəm