Azad İsazadə: Əsgərlikdən qayıdanlar zahiri formanı çıxarır, amma...
12:04 25.04.2025
Sosial
406
Ağsu rayonunda hərbi xidmətdən qayıdan gənc dava saldığı üçün həbs edilib.
Teleqra xəbər verir ki, hadisə bu ilin aprelin 22-də baş verib.
2005-ci il təvəllüdlü Sənan Mahirov (ad və soyad şərti verilib – red.) bu günlərdə hərbi xidmətdən tərxis olunduğu üçün yaşadıqları evdə şənlik təşkil olunub. Şənlikdə onun qohumları da iştirak ediblər.
Şənlikdə araq icən Sənan sərxoş vəziyyətə düşüb. O, xalasının əri ilə rəqs üstündə mübahisə edib.
Mübahisə dava-dalaşa çevrildiyi üçün hadisə yerinə polis əməkdaşları gəlib. Polislər onu Ağsu Rayon Polis Şöbəsinə dəvət ediblər.
Polis şöbəsinə gətirildikdən sonra Sənan polis şöbəsinin inzibati binasının qarşısında əsəbiləşib və ucadan səs-küy salaraq nalayiq küçə söyüşləri söyməyə başlayıb.
Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, hərəkətlərinə davam edib.
Sənanın barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Sənan etdiyi hərəkətlərə görə çox peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirib.
Ağsu Rayon Məhkəməsinin qərarı ilə Sənan 15 gün müddətində inzibati qaydada həbs edilib.
Psixoloq Azad İsazadə Sherg.az-a açıqlamasında deyib ki, hər üç aydan bir əsgərlər hərbi xidmətdən geri qayıdırlar:
“Əsgərlikdə olan insana uzun müddət kişi kollektivində silah daşımaq, silah atmaq, döyüşə qatılmaq və müharibənin başlayacağı kimi fikirlər aşılanır. Çünki əsgərləri aqressiv davranışa hazırlayırlar. Buna görə də əsgərlikdən qayıdanlar zahiri formanı çıxarır, ancaq daxilən hərbiyə hazırlıq formasını çıxara bilmirlər. Mülki həyata qayıtmaq üçün onlara müəyyən müddət lazımdır. Digər tərəfdən əsgərlikdən qayıdan insan tək mənfi xasiyyətlə deyil, müsbət xasiyyəti də özündə toplayır. Yəni daha intizamlı olur, öz geyimlərini səliqəli şəkildə yığır və.s. Çünki 1 il, 1.6 ay əsgərlikdə bu qaydaları onlardan tələb edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm