2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 14 milyon 956,5 min manat dəyərində dərman istehsal olunub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 57,9% çoxdur.
Cari ilin avqustun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 553,7 min manat dəyərində hazır məhsul ehtiyatı mövcud olub.
Qeyd edək ki, hesabat dövründə 3,9 milyon ədəd tibbi maska istehsal edilib. Bu, illik müqayisədə 2,1 dəfə artım deməkdir. Avqustun 1-nə hazır məhsul ehtiyatı isə 1,5 milyon ədəd təşkil edib.