
Elşad Paşasoy: "Avtobusda vəziyyəti yaxşılaşdırın, sonra taksilərin yaxasından yapışın!"
Elşad Paşasoy: "Avtobusda vəziyyəti yaxşılaşdırın, sonra taksilərin yaxasından yapışın!"
11:53 12.06.2024
Sosial
503
"Ölkə rəhbərliyi sizə etimad göstərib, işinizin öhdəsindən gəlin, insaflı olun!"
"Xatırlayırsınızmı, paytaxtdakı binaların üstündən kütləvi şəkildə su çənləri yığışdırıldı ki, Bakıya fasiləsiz su veriləcək, şəhərin görüntüsünü pozan elementlər "yığışdırılmalıdır... Camaatı narazı saldılarmı? Fasiləsiz su verildimi?".
"Sherg.az"xəbər verir ki, bunu tanınmış jurnalist, siyasi şərhçi Elşad Paşasoy deyib.
E.Paşasoy bildirib ki, indi avtobus və velosiped zolağına çıxan avtomobillərin cəriməsi artırılır, hazırda 40 manatdır, bundan sonra 100 manat cərimələnəcəklər:

"Hətta velosipedini parklanma yerindən kənarda saxlayanlar 10 manat cərimələnəcək...Velosiped yolu varmı ki, cərimə də tətbiq olunur? Hələ park yeri bir yana qalsın. Avtobuslarda kart sistemini tətbiq edənlər heç düşünmədilər ki, son illər Bakıda əhali sürətlə artıb, 10-15 il əvvəl alınmış "pişik balası" boyda avtobuslarla, azı 10-15 dəqiqəlik intervalla, yayın qaynar çağında kondisionersiz avtobusla sərnişin daşımaq olmaz! Hələ üstəlik, "ictimai nəqliyyatı təşviq edənlər" tapılır, onların iki dayanacaq arası avtobusla aparasan, ağılları başlarına gələr. Əvvəlcə avtobusda vəziyyəti yaxşılaşdırın, sonra taksilərin yaxasından yapışın! Yoxsa camaat pulunu çölə atmayıb ki, taksi ilə hərəkət etsin, rahat avtobus dura-dura... Nə isə xırda problemləri vaxtında həll etməyəndə böyüyüb adamın üzünə ağ olur. Səlahiyyət sahibləri, dövlət, ölkə rəhbərliyi sizə etimad göstərib, işinizin öhdəsindən gəlin, insaflı olun!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa və NATO ölkələrinin İrana müdaxiləsi gözlənilmir -TƏHLİL
19:44 23.03.2026
Dünya
İran İsrailin Tel Nof hava bazasına zərbə endirib
19:30 23.03.2026
Dünya
Avropa buna görə ABŞ-ı dəstəkləməlidir - Bolton
19:21 23.03.2026
Dünya
Moskvaya uçan Paşinyanın təyyarəsini PUA ilə vurmağa çağırdılar
19:12 23.03.2026
Dünya
ABŞ ilə İranın hazırda münaqişəni başa çatdırmaq imkanı var -Tramp
19:03 23.03.2026
Dünya
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya