Evlilik həyatında hər şeyə hazır olmaq lazımdır
Evlilik həyatında hər şeyə hazır olmaq lazımdır
Yusif Sultanoğlu
14:00 26.05.2024
Sosial
556
İstər kişi olsun, istər qadın, sonradan yarana biləcək problemləri nikah müqaviləsinə əsasən aradan qaldıra bilər
“Nikah müqaviləsinin icbari olması şərt deyil, ancaq evlənən cütlüklərə nikah müqaviləsi, onun faydaları barədə ətraflı məlumat verilməlidir”
Mübahisəsiz boşanma prosesini tam şəkildə qeydiyyat idarələrinə həvalə edə bilərik. Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, bir çox hallarda boşanma prosesi özü zorakılığın kökündə dayanan amil olur: “Ümumiyyətlə, biz mübahisəsiz boşanma prosesini niyə məhkəmələrə həvalə edirik? Mübahisə varsa başqa məsələ, amma mübahisə yoxdursa, üstəlik, nikah müqaviləsi də varsa biz Ailə Məcəlləsinin 17-ci maddəsində olduğu kimi boşanma prosesini tam şəkildə Qeydiyyat idarələrinə həvalə edə bilərik. Nikah könüllü ittifaqdır, adam istəmirsə, onun aylarla məhkəmədə sürünməsinə nə gərək var? Barışma ehtimalı varsa, zatən mediasiya prosesində müəyyən olunacaq”. Deputat nikah müqaviləsini icbari formata salmağı da təklif edib: “Necə ki, nikahdan öncə tərəfləri icbari tibbi müayinəyə cəlb edirik, eləcə də nikah üçün müraciət edərkən nikah müqaviləsi də aidiyyəti icra orqanına təqdim edilməlidir. Bunun üçün tərəflərin bərabər mənafelərini rəhbər tutaraq müqavilə nümunəsi də Ailə Məcəlləsinə əlavə kimi nəzərdə tutulmalıdır ki, xüsusi şərtləri olmayan tərəflər elə bu formadan istifadə etsinlər. Üstəlik, nikah kontraktında ərin (arvadın) öhdəlikləri üzrə tutmanın digərinin mülkiyyətində olan əmlaka, habelə ümumi əmlakındakı payına yönəlməsini yalnız tərəfin özünün birbaşa iradəsinə bağlamalıyıq. Biz bununla birincisi, yersiz məhkəmə çəkişmələrinin qarşısını ala bilərik, ikincisi isə boşanma prosesində xüsusən qadınların hüquqları üçün təhdidləri aradan qaldırmış olarıq”.
Millət vəkilinin təklifini dəyərləndirən “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hüquq müdafiəçisi olaraq iştirak etdiyi məhkəmə proseslərində qadınların çətin vəziyyətdə qaldığının, hüquqlarını müdafiə edə bilmədiyinin çox şahidi olub:
- Bu ona görə baş verir ki, birincisi, bəzən nikah haqqında rəsmi sənəd olmur, ikincisi, nkah müqaviləsi olmur. Nkah müqaviləsi bizdə o qədər də geniş yayılmayıb. Evlənən insanlar nikah müqaviləsi bağlanmasına müsbət yanaşmırlar. Bunu əskiklik hesab edirlər. Yanlış təsəvvür, yanlış yanaşma budur, sanki nikah müqaviləsi bağlayanlar bəri başdan ayrılacaqlarını, boşanacaqlarını gözə alır, ona görə də nikah müqaviləsi bağlayırlar ki, mülk məsələlərində sonradan mübahisələr ortaya çıxmasın. Amma nikah müqaviləsinin təyinatı tamam başqadır. Nikah müqaviləsi gələcəkdə baş verə biləcək hər hansı hadisə zamanı tərəflərin sığortalanmasını təmin edir. Şərt deyil ki, boşanma prosesində nikah müqaviləsi əsas hüquqi sənəd kimi təqdim olunsun. Həyat yoldaşlarından hər hansı biri vəfat etdikdə ailələr arasında yaranan mübahisələrə də çox şahid oluruq. Amma nikah müqaviləsi olduqda bu mübahisələr asanlıqla həllini tapır. İstər kişi olsun, istər qadın, sonradan yarana biləcək problemləri nikah müqaviləsinə əsasən aradan qaldıra bilər. Evlilik həyatında hər şeyə hazır olmaq lazımdır.
M.Zeynalova nikah müqaviləsinin icbari olması təklifinə fərqli yanaşdığını dedi:
- İcbari olması şərt deyil. Hesab edirəm ki, evlənən cütlüklərə nikah müqaviləsi, onun faydaları barədə ətraflı məlumat verilməlidir. Arzu edənlər müqaviləni bağlayar, istəməyən bağlamaz. Bu elə bir məsələdir ki, məncə, könüllülük prinsipinə əsaslanmalıdır. Amma vətəndaşların bu barədə geniş məlumatı olmalıdır. Bəlkə çox insan nikah müqaviləsi haqda heç nə bilmir, xəbərsizdir.
M.Zeynalova boşanma prosesinin qeydiyyat idarələri tərəfindən icra edilməsinə müsbət yanaşdığını bildirdi:
- Uzun-uzadı məhkəmə prosesləri yorucudur. Dəfələrlə şahid olmuşuq ki, boşanma işi məhkəmə istintaqında olan qadın və ya kişi təhdidlərə məruz qalıb, məişət zorakılığı halları baş verib. Bu məsələdə Mediasiya Şurasının fəaliyyəti müsbətdir. Şura tərəflər arasında problemin hansı səbəblərdən yarandığını müəyyən etməyə çalışır. Bu mərhələdə çox zaman tərəflər arasında barışıq əldə edilir. Proses məhkəmə zalına gəlib çıxırsa, tərəflər daha da gərgin, aqressiv olurlar. Tərəflər arasında anlaşılmazlıqlar məhkəməyədək həllini tapmalıdır. Belə olduqda boşanmaların qarşısı alına bilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət