İdeya ilə əməlin vəhdətindən doğan şərəfli tarix
08:15 28.12.2024
Sosial
532
“Artıq 35 ildir ki, dünya azərbaycanlıları 31 dekabrı Həmrəylik Günü kimi qeyd edir. Ötən müddət ərzində bütün dünyaya sübut etdik ki, bizim həmrəyliyimiz sadəcə şüar deyil, bu, ideya ilə əməlin vəhdətindən doğan reallıqdır. Həm də təkcə Azərbaycan vətəndaşlarının deyil, dünyanın dörd bir tərəfinə səpələnmiş azərbaycanlıların həmrəyliyidir. Həmrəyliyin qarantı isə Azərbaycan dövləti və onun Ali Baş Komandanı İlham Əliyevdir. Dünyanın harasında yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq dövlət olaraq özünü azərbaycanlı sayan hər bir kəsin yanındayıq, onların hüquqlarının müdafiəçisiyik. Çox müsbət haldır ki, soydaşlarımız da Azərbaycanı özünə doğma Vətən hesab edirlər və daim onu müdafiəsinə qalxırlar”.
Bu barədə "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, bir neçə gün sonra bütün dünyadakı azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edəcək:
“31 dekabr dünya azərbaycanlılarını birləşdirən mühüm bir tarixi gündür. Milli həmrəylik və milli özünüdərk ideyalarını əks etdirən simvolik bir gün olan 31 dekabr həm də Azərbaycan xalqının tarixi mübarizəsini və milli dəyərlərini özündə əks etdirir. Türkmənçay sülh müqaviləsindən sonra 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması o taylı – bu taylı azərbaycanlıların qovuşması, bir olması istiqamətində atılmış ən ciddi addım idi. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərinin dağıdılması tarixin diktəsi, milli ruhun tələbi idi. Naxçıvan Ali Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etdi. Sovet İttifaqı Kommunist Partiyası, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitəsi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atsalar da, xalqın iradəsini qıra bilmədilər. 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Bu fərmanla həm ölkə daxilində, həm də dünyada azərbaycanlıların birliyinin hüquqi bazasını yaratdı. Belə bir qərarın qəbul edilməsi böyük cəsarət tələb edirdi. Bütün dünya azərbaycanlıların milli oyanışını, cəsarətini böyük maraqla, heyranlıqla izləyirdilər. Tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində apardığımız mübarizə sərhədləri dəyişə bilməsə də, milli oyanış yaratdı, özünüdərk hissini gücləndirdi. Bu gün Cənubi Azərbaycanda yaşayan soydaşlarımız Şimali Azərbaycanı özünə vətən sayırlar. Bu gün informasiya qıtlığı, təmasların azlığı səbəbindən soydaşlarımızın milli oyanışının səviyyəsi barədə bizin təsəvvürlərimiz zəifdir. Bakını qibləgah, cənab İlham Əliyevi özlərinə Ali Baş Komandan sayan milyonlarla soydaşımızın ürəyi bizimlə döyünür. 44 günlük Vətən Müharibəsində biz bunun əyani şahidi olduq. Arazın o tayında Azərbaycan Ordusunun şücaətini, irəliləməsini böyüş coşqu ilə izləyən soydaşlarımız bizim qələbəmizi həm də öz qələbələri hesab edirdilər. Onların İrandan Ermənistana silah daşınmasına qarşı dirənişləri, etirazları həmrəyliyimizin bariz nümunəsi idi”.
M.Vəliyeva qeyd etdi ki, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər:
“Böyük Zəfərimizdən sonra dünya azərbaycanlıları “Mən azərbaycanlıyam” ifadəsini daha ucadan, gur səslə, fəxrlə deyirlər. Artıq 5-ci ildir ki, dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qalib xalqın nümayəndələri kimi qeyd edirlər. Onlar dünyada özlərini qürurla, alnıaçıq, üzüağ yaşayırlar. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi sağlam təməllər üzərində qurulub. Bu birlik bizi daha güclü edir. İnanıram ki, Azərbaycan 2025-ci ildə daha böyük uğurlara imza atacaq və bu uğurlarımız Həmrəyliyimizi daha da gücləndirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm