Məzahir Məmmədli: Azərbaycanda elmə maraq azalıb
12:29 23.05.2024
Sosial
600
"Azərbaycanda elmi tədqiqat aşağı səviyyədədir". Bu sözləri "Yaşıl dünya naminə həmrəylik" ilinə həsr olunmuş və "Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi mövzusunda olam konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib. O, bildirib ki, bir sıra Azərbaycan universitetlərində həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək dinamika mövcuddur:
"Bu dinamika bizim üçün müsbət göstəricidir. Bununla mütəxəssis hazırlaya bilərik. Tədqiqatçı yox. Təqaüd hesabına universitetlərdə tədqiqat işlərini maliyyələşdirmək çətin məsələdir. Hədəfli tədqiqat alətləri yox səviyyəsindədir".
Maraqlıdır, Azərbaycanda elmi tədqiqatın aşağı səviyyədə olmasının səbəbi nədir? Bu istiqamətdə hansı tədbirlər görülsə, effektiv nəticə almaq olar?
Suallarımızı cavablandıran ''məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli "Sherg.az" a açıqlamasında bildirib ki, bu məsələyə elmlər akademiyasının möhtəbər tədbirində də toxunulub:
"Emin Əmrullayev elmlər akademiyasında yaşlı akademikləri gənclərə yer vermədikləri üçün ittiham etdi. Azərbaycanda elmə maraq azalıb. Bu da yeni nəslə imtiyazın verilməməsi ilə bağlıdır. Yəni, ömrünü elmə, alim olmağa sərf edən şəxslər üçün üstünlüklər yoxdur. Məsələn, ən azı mənzil verilsə, xaricdə arxivdə işləmək üçün maddi dəstək göstərilsə, həmin adam elmi bazasını gücləndirməyə maraqlı olar. Elm, təhsil istiqamətində 2024-cü ilin büdcə vəsaitində xüsusi gənc alimlər üçün nəzərdə tutulan hansısa güzəşt yoxdur. Günümüzdə universiteti bitirən oğlan məzunlardan əksəriyyətinin doktorantura pilləsinədək təhsillərini davam etdirmələrinin səbəbi hərbi xidmətdən azad olmaqdır. Bu mərhələdən sonra isə elm arxasınca getmirlər, başqa sahələr üzrə iş axtarırlar. Xanımlar isə yeni qurduğu ailədə və yaxud valideynlərinin maddi cəhətdən təminatı olduğu halda təhsil almağı düşünür. Ümumilikdə bu ciddi disbalans yaradır. Ümid edirəm ki, bu istiqamət üzrə adiyyatı qurumlar bir tədbir görəcək. Əks halda, bir müddətdən sonra, Azərbaycanda elmin hansı səviyyədə olacağı hamıya bəllidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol