
Natiq Cəfərli: Qadınların pensiya yaşının artırılması yanlış qərardır
12:19 10.06.2025
Sosial
433
İnsanların həyat ortalama yaş səviyyəsini nəzərə alsaq, təqaüd yaşı daha tez olmalıdır
Ölkədə 30 iyun 2025-ci ilədək kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı 64 olacaq.
1 iyul 2025 - 30 iyun 2026-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il artırılaraq 64 il 6 aya çatdırılacaq.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Beləliklə, 2021-ci il iyulun 1-dək kişilərin pensiya yaşı 65 il olub. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65 il olacaq.
Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Real Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Sherg.az-a deyib ki, bu yeni qərar deyil:

"Bir neçə il bundan əvvəl qəbul olunmuşdu ki, hər 6 aydan bir qadınların və kişilərin təqaüd yaşı artırılacaq. Kişilərdə artıq pensiya yaşı 65-dir. Müəyyən müddət ərzində qadınlarda da bu cür olacağı gözlənilir. Ümumiyyətlə qadınların pensiya yaşının artırılması yanlış qərardır. Çünki insanların həyat ortalama yaş səviyyəsini nəzərə alsaq, təqaüd yaşı daha tez olmalıdır. Burada əmək və təqaüdlər haqqında qanunvericiliyə əlavələr, o cümlədən dəyişikliklər etmək lazımdır. Digər tərəfdən təqaüdə çıxmaq yaşa yox, yığılan vəsaitə bağlı olmalıdır. Hər kəs Dövlət Sosial Müdafiə Fonduna müəyyən məbləğ ödəyir. Ona görə də yaş məsələsini kənara qoyub minimum hissəni toplamaqla insanların istənilən vaxt təqaüdə çıxmaq imkanı olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə