Nazirlik: Maaşlar 16 faizədək artırılıb
09:35 27.12.2024
Sosial
356
"19 pillədən ibarət yeni Cədvəlin pillələri üzrə maaşlar 16 faizədək artırılıb".
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib.
Bildirilib ki, cədvəlin ilk pilləsi üzrə əməkhaqqı 345 manatdan 400 manata çatdırılmaqla digər pillələrdə də maaşlar artımlarla əksini tapıb:
"Əmək haqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilər sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlardır.
Həmçinin dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri, idman sahəsində seleksiya üzrə baş mütəxəssislərin maaşları yeni artımlarla təsdiqlənib".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının 2025-ci il yanvarın 1-dən 400 manata çatdırılması ilə əlaqədar Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin tarif (vəzifə) maaşlarının da həmin Sərəncama uyğunlaşdırılması üçün onların əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəlini təsdiq edib.
Xatırladaq ki, dövlət başçısının yeni Sərəncamı ilə gələn ildən icra olunacaq növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm