
Ölüm körpələşib: İnsan öz övladına necə qıya bilər? -Psixoloqdan açıqlama
12:10 27.12.2024
Sosial
470
Sumqayıtda ata oğlunu bıçaqlayıb. Hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
1957-ci il təvəllüdlü Sərdar Xanbaba oğlu Muradov aralarında baş vermiş münaqişə zəminində oğlu, 1986-cı il təvəllüdlü Şahmar Sərdar oğlu Muradova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli APA-ya bildirib ki, Dekabrın 26-da saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1986-cı il təvəllüdlü Ş.Muradova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü S.Muradov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
O qeyd edib ki, araşdırma aparılır.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a söyləyib ki, hər gün onlarla qan donduran xəbər oxuyuruq:

“Artıq ölüm hadisələri bizim üçün adiləşib. Bir xəbərdən o birinə keçirik. Çox vaxt heç tükümüz də tərpənmir. “Ölüm cavanlaşıb” deyəndə adətən xəstəlikləri nəzərdə tuturlar. Fəqət artıq qatil valideynləri də ora qatacağıq. Ölüm cavanlaşmayıb, ölüm körpələşib. Ümumiyyətlə, fikir vermişəm, son illərdə “psixoloji problem" söhbəti yaman dəbdədir. Kim kimi öldürür, çox rahat bir şəkildə “başında problem var” deyərək söhbətdən çıxırlar. Adamlar var, övladının olması üçün hər şeyindən keçər. Yetər ki, evindən körpə səsi ucalsın, yetər ki, körpə ona ürkək-ürkək “ata” desin. Valideynlər uşaqlarına qarşı tərbiyə məqsədilə zorakılıq hallarına yol verməməlidirlər. Doğrudan da insan ağlına, normal məntiqə sığmayan dəhşətli olaydır. Niyə belə olur? Səbəb nədir - qəddarlaşan cəmiyyət, yediyimiz qidalar, yoxsa zəmanə? İnsan öz körpəsinə, ailəsinə necə qənim kəsilə bilər? Bunca aşırı qəddarlıq və vəhşiliyin kökündə nə durur? Hər bir hərəkətdə valideyn uşağın mənafeyini hər şeydən üstün tutmalıdır. Hamımız irsiyyətin, tərbiyənin məhsuluyuq və hər birimizin öz hekayəsi var. Son bir neçə həftədə görməyə çox alışdığımız bu xəbər başlıqları cəmiyyətdəki ciddi problemlərin həyəcan siqnalıdır. Uşaqlara qarşı psixoloji və ya fiziki şiddətə əsla yol verilməməlidir. Bu gün övladı ilə düzgün münasibət qurmayan, ünsiyyətdə çətinlik çəkən valideynlər çoxluq təşkil edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm