
Psixoloq: Ailəni bir-birinə bağlayan uşaqlardır
11:44 30.06.2025
Sosial
364
"Uşaqların ailə qayğısı ilə əhatə olunması məqsədilə fəaliyyət davam etdiriləcək".
Bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Sosial Xidmətlər Agentliyinin 5 illik fəaliyyətinə dair mətbuat konfransında deyib.
O bildirib ki, 2025-ci il ərzində 220, 2026-cı ildə isə 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub.
"Eyni zamanda bu il 200, növbəti ildə isə 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində işlər aparırıq. 2025-ci il üzrə 165, 2026-cı il üzrə isə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır", - V.Behbudov əlavə edib.
Psixoloq Sevinc Baxışova “Sherg”az-a bildirib ki, ailə kiçik dövlət, uşaqlar isə onun özəyidir:

“Ailənin psixoloji sağlamlığı cəmiyyətə faydalı vətəndaşlar yetişdirməsinə töhfələr verir. Hər bir uşağın yaşamaq hüququ var. Həmçinin hər bir uşaq sağlam mühitdə mədəni və mənəvi cəhətdən inkişaf etməlidir. Valideynlər övladlarını hərtərəfli inkişaf etdirmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplərlə böyütməlidirlər. Ailədə iştirakçı olan şəxslər psixoloji sağlamlıqlarını fikirlərində və davranışlarında vərdişə çevirməlidirlər. Uşağın ailə ilə münasibəti fərqli müstəvidə inkişaf edir. Şəfqət və sevgi misalı olan ailəni bir-birinə bağlayan da uşaqlardır. Bu ocağı analar daha çox sevgisiylə, atalar da söz sahibi olmasıyla sönməyə qoymurlar. Uşağın inkişafı, empatiya hissinin ona nümunə göstərilməsidir. Ümumiyyətlə uşaq valideynləri arasındakı münasibəti olduğu kimi qəbul edir. Valideynlərlə ünsiyyət uşağın dünyagörüşünün yaranmasına əhəmiyyətli təsir göstərir ki, bu da onun həyata baxışlarını və fikirlərini inkişaf etdirməyə şərait yaradır. Uşağın inkişafı, eyni zamanda, ailədə ünsiyyətin necə təşkil olunmasından asılıdır, yəni ünsiyyət aydın olmalı və koqnitiv münasibət istisna edilməlidir. Hər bir dövlət gələcəyi üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil böyütməyə qadir, mənəvi təməlləri sarsılmaz olan ailə institutunun formalaşmasında maraqlıdır. Güclü ailə həm də güclü dövlət deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol