
Psixoloq: İntiharların artması insanın iradəsinin...
11:20 22.05.2024
Sosial
432
Sumqayıtda qadının özünü və 3 övladını zəhərləməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 21-i Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı barədə Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Son dövrlər intiharların sayı durmadan artır. Hətta, bəziləri özləri azmış kimi övladlarının da canına qıyırlar. Maraqlıdır, qadın uşaqlarını da təhlükəyə atmaqla nəyə nail olmaq istəyib? Bu durum psixoloji pozuntu ilə bağlıdır?
Psixoloq Gülnar Orucova “Sherg.az”a söyləyib ki, analıq hər bir xanım üçün ən böyük arzu və missiyalardan biridir:

"Hər qadın körpəsi dünyaya gəldikdə çox xoşbəxt olur. Ancaq indiki dövrdə intiharların artması insanın iradəsinin zəifləyib psixologiyasında gərkinliklərin ortaya çıxması, yaşadığı həyatla barışa bilməməsi, çətinlikdən çıxmaq üçün müxtəlif yollar axtarması ilə bağlıdır. Həmçinin, insanlar maddi imkanları az olduqda, hər istədiyini reallaşdıra bilməyəndə və bəzən sevgisizliyə, iflasa uğradıqda intihara cəhd edir. Özü ilə birgə uşaqlarını zəhərləyərək öldürmək istəyən həmin ananı qınasaq, uşaqlarını sevmir desək, günah etmiş olarıq. İstənilən halda hər bir ana öz övladını sevir. Ola bilsin, həmin qadın düşünüb ki, ölsəm, övladlarıma kim və necə baxacaq? Ondansa, mənlə bir yerdə ölsünlər. Təbii ki, bu doğru düşüncə, davranış deyil. Biz ona haqq qazandıra bilmərik. Eyni zamanda, tənqid və təhqir etmək də yanlışdır. Heç birimiz onun yerində deyilik, çəkdiyi, yaşadığı travmalardan xəbərsizik. Nə səbəbdən intihara cəhd etdiyini bilmirik. Bir dövlət olaraq, qadının arxasında durmalıyıq. Qadın və uşaqlara psixoloji dəstək göstərilməlidir. Bu zaman hər şey qaydasına düşəcək. Anlayacaq ki, nə olursa, olsun bir cana qıymağa ehtiyac yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol