
Psixoloq: Münaqişələrin qətllə nəticələnməsinə səbəb vaxtında tədbir görməməsidir
09:40 17.04.2025
Sosial
403
Məsələn, ana övladı barədə polisə məlumat vermir və ya qadın öz həyat yoldaşından şikayət etməyi özünə sığışdırmır
Bakıda kişi arvadının başını kəsib.
Oxu.az-a xəbər verir ki, hadisə axşam saatlarında, paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
İlkin ehtimala görə, ər arvadının başını kəsdikdən sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hər iki şəxsin meyitinin hadisə yerindən götürüldüyü bildirilir.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, hər birimiz insanların bir-biri ilə davranışlarında sərtlik, aqressivlik müşahidə edirik:

“Son zamanlar insanların qəddarlaşdığını müşahidə edirik. İstər anaya, istər balaya, istərsə də ailəyə və insanlara qarşı sevgi qalmayib. Cavanlar çox səbrsiz, yaşlılar isə aqressiv olub. Hər gün saysız hesabsız ailə daxili cinayətlərin və bir çox xoşa gəlməz hadisələrin şahidi oluruq. Bunun digər bir səbəbi isə insanların iş prinsipini düzgün qurmamasıdır. İş prinsipini düzgün qurmadıqda, problemlər çoxalır və insanlar aqressivləşir".
Psixoloq əlavə edib ki, aqressiyanı yaradan səbəblərdən biri də psixi müqavimətin zəif olmasıdır:
"Bu çox kiçik yaşlarından yaranır, yeniyetməlik dövründən isə özünü göstərir. Ailə daxilində baş verən adi bir mübahisə onun üzvlərindən birinin xəsarət alması ya da həyatı bahasına başa gəlir. Ailədə yaranan münaqişələrin sonda qətllə nəticələnməsinin səbəbi, bəzi insanların vaxtında tədbir görməməsindən irəli gəlir. Məsələn, ana övladı barədə polisə məlumat vermir və ya qadın öz həyat yoldaşından şikayət etməyi özünə sığışdırmır. Arada olan münaqişə isə qalır və getdikcə dərinləşir. Bu gün Azərbaycan cəmiyyətində xoşagəlməz hal ondan ibarətdir ki, ailədə hər hansı bir hadisə baş verirsə, konflikt vəziyyət yaranırsa, polis qapını döyüb müdaxilə edə bilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya