
Sosioloq: Boşanma statistikası sürətlə yüksələcək
Sosioloq: Boşanma statistikası sürətlə yüksələcək
Yusif Nəzərli
05:35 17.04.2024
Sosial
535
Təklif olunan dəyişikliyə görə boşanmalar asanlaşdırılacaq
Ərindən küsən, arvadından inciyən, sözü çəp gələn kim varsa, nəfəsini məhkəmədə dərəcək
Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları çərçivəsində nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum ödəniləcək.
Bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, bu rüsum 15 dollar olacaq.
Sosioloq Lalə Mehralı isə “Sherg.az”a açıqlamasında deyib ki, boşanmaq üçün hazırkı rüsum bildiyimə görə, 50 manatdır:
"Yəni boşanmaq üçün müraciət edən tərəf məhkəməyə bu məbləği ödəyir. Əgər məhkəmə mediasiyaya göndərirsə, bu halda da 50 manat ödənilir. Yəni boşanma iddiası ilə müraciət edən şəxs ümumilikdə 100 manat rüsum ödəyir. Təklif olunan dəyişikliyə görə boşanmalar asanlaşdırılacaq. Yəni əvvəl maddi imkanı olmayan, bunun üçün boşanmaq fikrindən daşınıb ailəsini dağıtmaqdan imtina edən indi 15 dollar müqabilində istədiyini reallaşdıracaq. Bu da öz növbəsində boşanma statistikasını sürətlə yüksəldəcək. Biz hamımız bilirik ki, bizdə çox bəsit səbəblərdən boşanan yüzlərlə ailə var. Bu təklif onların dəyirmanına su tökəcək. Ərindən küsən, arvadından inciyən, sözü çəp gələn kim varsa, nəfəsini məhkəmədə dərəcək”.

Sosioloq deyib ki, ailə valideynlər və uşaqlardan ibarət ən kiçik sosial quruluşlu müəssisədir və cəmiyyəti təşkil edən institutların əsasıdır:
“Güclü ailə quruluşu ilə güclü cəmiyyət arasındakı bağ bir-biri ilə düz mütənasibdir. Əslində, ənənəvi azərbaycanlı ailəsindəki parçalanma, nəsillərarası fərqlər, boşanmaların çoxalması, vətəndaş nikahlarının və atasız uşaqların getdikcə artması bir qədər gözlənilən idi. Çünki hadisələrin inkişafı bu sonu qaçılmaz edib. Lakin bu dərəcədə aşınma bir növ inqilab, çevriliş effekti oldu. İnsanların sərhədsiz ünsiyyət, sosiallaşmaq kimi məşğuliyyətləri mental dəyərlərinə də təsirsiz ötüşmür. Qidalanma faktoru da əhəmiyyətlidir, insan yediyi qidaya uyğun davranır, yediklərimiz psixologiyamızı formalaşdırır. Ailədaxili münasibətlər sosial problemdir və dolayısı ilə bütün cəmiyyətin problemidir. Ailədə gərginlik varsa, öncə sosioloji tərəfləri araşdırılmalıdır. Psixoloji problemlərin çoxu, əslində, sosioloji problemlərdən doğur. Ailə asan qurulmur, amma müşahidələrimə görə, çox asanlıqla dağılır. Ən sadə mübahisənin sonunda ailə boşanmaya qərar verir. Oğlanlar ailə qurmaqdan çəkinir, yaxın ətrafında evlənən hər 5 cütlükdən 3-ü boşanırsa, o da qorxur, necə deyərlər, süddən ağzı yanan suyu üfürərək içər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə