Sosioloq od püskürdü: Bütün mənəvi dəyərlərimizi son dənəsinə qədər itirmişik
12:06 11.06.2025
Sosial
466
"Sosial media, qloballaşma, rəqəmsal inkişaf ailə dəyərlərinin aşınmasına gətirib çıxarır".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı tədbirdə çıxışı zamanı deyib.
"Millətlərin istiqbalı ailə dəyərlərinə bağlıdır. 2025-ci ilin Türkiyədə "Ailə ili" elan edilməsi ailəyə verilən önəmin göstəricisidir. Ötən il Türkiyədə ilki gerçəkləşən bu tədbiri qloballaşan dünyada ailəmiz-istiqbalımız adı altında həyata keçirmişdik. Məqsədimiz ölkələrimizdə qarşılaşdığımız problemlər haqda ortaq həllər axtarmaqdır. Bu gün qloballaşma, rəqəmsal inkişaf dəyərlərin aşınmasına gətirib çıxarır. Evlilik yaşının, boşanmaların artması bir çox cəmiyyətlərin ortaq problemidir. Sosial media və fərqli ideologiyalar bu prosesi sürətləndirir. Bütün bu nəticələr hamımızın gələcəyinə təsir edir və bu problemlərə bir bütün şəklində yanaşmalıyıq. Dövrün tələblərinə uyğun siyasi həllər tapmaq bu günün əsas məsələsidir. Düşünürəm ki, ailə anlayışını yenidən formalaşdırmalıyıq".
Bu barədə “Sherg.az”a danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib ki, Qlobal təşkilatlar tərəfindən 20-30 ildir ki, bu layihə aparılırdı:
“İk növbədə də Türkiyə cəmiyyəti, mənəvi cəhətdən məhv edildi, bütün ailə institutu darmadağın edildi, əxlaqsızlıq maksimuma çatdırıldı. Müxtəlif proqramlar adı altında qadın azadlığı, gender proqramları, uşaq azadlığı adlar altında cəmiyyət mənəvi olaraq məhv olunub. Bu proses 20 ildən çoxdur davam edir. Artıq yekunlaşmaq üzrədir. Mövcud olan bütün mənəvi dəyərlərimizi son dənəsinə qədər itirmişik. Yəni ortada artıq öyündüyümüz heç bir dəyər qalmayıb. Bu qlobal fondların, təşkilatların yetişdirdiyi zombi, cəmiyyət formasıdır. İllər öncə də qeyd etmişəm ki, seriallar, şou verilişlər, sosial şəbəkələrdəki vəziyyət bizim xalqı məhv edəcək. Bu gün sadəcə ətrafa baxmaq kifayətdir. Ölkəmiz boşanmalar üzrə dünya çempionudur. Sosial şəbəkələrdə murdar rəzil, əxlaqsız, şərəfsiz şəxslərə xalqımız dəstək verir. Ancaq faydalı elmi, sosial sağlamlıqla bağlı kanallara, səhifələrə, əhəmiyyət verən olmur. İnsanlarımız əxlaqsızlıq qəbul olunan şeyləri indi normal qəbul edir. Artıq bu mövzuları danışmağın mənası yoxdur. Çünki nə cəmiyyət, nə də hökumət öz milli mənəvi dəyərlərini, hətta öz ana dilini belə qorumaq istəmir, öz milli mədəniyyətimizi, toylarımızı, ənənələrimizi, yaşatmırıq, dəyərlərimizin hamısını itiririk və adını isə müasirlik qoymuşuq. Artıq bundan o yana uçurumdu, bundan o yana bir millətin məhv olmasıdır. Ailə quranların və uşaq doğumlarının sayı sürətlə azalır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya