
Sosioloq: Qızın fiziki məhdudiyyətli olması evlənməsinə əngəl deyil
12:19 12.06.2024
Sosial
440
Neftçala rayonunda 17 yaşlı qız zorla ərə verilir. Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə, rayonun kəndlərindən birində 2007-ci il təvəllüdlü qız özündən 10 yaş böyük olan biri ilə evləndirilir. Artıq cütlüyün toy tarixi də müəyyənləşib və ailələri 22 iyunda onların izdivacı barədə qərarlaşıblar. Kəmalə Ağazadə vurğulayıb ki, ərə verilən qızın səhhətində problem olduğu üçün evliliyə məqsədəuyğun hesab edilmir:
"Özüm də Neftçaladayam. Hadisə barədə rayon icra hakimiyyətini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, eləcə də Daxili İşlər Nazirliyini məlumatlandırmışam. Hazırda nəticəni gözləyirəm", - deyə o vurğulayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu Oxu.Az-a bildirib ki, planlaşdırılan erkən nikahın qarşısı alınıb.
Hadisə barədə fikirlərini bölüşən sosioloq Lalə Mehralı ''Sherg.az"a deyib ki, qızın fiziki məhdudiyyətli olması evlənməsinə əngəl deyil:

"Ancaq həyat yoldaşını yetkinlik yaşına çatdıqda, sərbəst qərar vermə potensialına malik olduqdan sonra, seçməlidir. Fiziki məhdudiyyətli biri həyat yoldaşını seçən zaman yüz ölçüb bir biçməlidir. Gələcəkdə onun məhdudiyyətini problem etməyəcək doğru insanı tapmalıdır. Erkən yaşda və zorla evləndirilən bir qızın həyatının qurtarılması çox yaxşı haldır. Qanunvericilikdə istisna hallarda 17 yaşda ailə qurulmasına icazə verilir. Lakin bu qızın heç bir istisna səbəbləri yoxdur. Həmin qızın 10 yaş özündən böyük biri ilə evləndirilməsinə gəldikdə isə yaş aralığında məhdudiyyəti yanaşmasını gərəksiz hesab edirəm. Həmin xanım yetkinlik yaşında olduğu təqdirdə özündən 10 yaş biri ilə evlənməsi onun seçimi ilə əlaqədar bir vəziyyətdir. Yəni, ona heç bir kəs müdaxilə edə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm