
Toral Ağayev: Milad bayramı sevgi, ümid və sülh mesajlarını yaymaq üçün bir fürsətdir
09:30 25.12.2024
Sosial
657
Milad bayramı əsasən xristian ənənəsinə aid olsa da, müsəlman ölkələrində də Hz. İsa peyğəmbərə olan ehtiramı ifadə etmək məqsədilə qeyd edilir
Bu gün dünya katolikləri Milad bayramını qeyd edirlər.
Axar.az xəbər verir ki, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.
Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr və 6-7 yanvar) keçirirlər və o hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.
Milad bayramı əhalisinin əksəriyyətini xristianların təşkil etdiyi bir çox ölkədə qeyri-iş günü hesab edilir. Ancaq xristian əhalinin çoxluq təşkil etmədiyi Hindistan və Malayziya kimi ölkələrdə bu gün rəsmi tətildir.
Bayramı qeyd edən ölkələrin əksəriyyətində mağazaların çoxu həmin gün bağlı olur. Məsələn, İngiltərədə 25 dekabrda heç bir ictimai nəqliyyat vasitəsi işləmir.
Qeyd edək ki, bəzi insanlar Yeni il və Milad bayramlarını qarışdırırlar. Milad və Yeni il bayramları fərqli mənşəyə, dini və mədəni məzmunlara malikdir, lakin bəzən bir-birinə yaxın tarixlərdə qeyd edildiyi üçün qarışdırıla bilər.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev “Sherg.az’’a bildirib ki, Milad Bayramı xristianların iki ən böyük bayramından biridir:

“Xristian dinində iki böyük bayram var - Milad və Pasxa. Milad bayramı İsa Məsihin doğum günü olaraq qeyd edilən dini və mədəni bir bayramdır. “Milad” ərəb dilində “doğum” deməkdir və Milad bayramı əsasən xristian ənənəsinə aid olsa da, müsəlman ölkələrində də Hz. İsa peyğəmbərə olan ehtiramı ifadə etmək məqsədilə qeyd edilir. Əsasən dekabrın 25-də (Katoliklər və Protestantlar) və yanvarın 7-də (Pravoslavlar) qeyd olunur. Bu gün Hz. İsanın anadan olduğu gün olaraq qəbul edilir. Xristianlar üçün Milad bayramı sevgi, ümid və sülh mesajlarını yaymaq üçün bir fürsətdir. Həmçinin bu bayram ailə ilə birlikdə qeyd olunur və insanlara yardım etmək ruhunu təşviq edir. Xristianlar həmin gün Allahın İsa Məsihdə Təcəssüm etməsi Sirrini qeyd edir. Azərbaycan kimi çoxmədəniyyətli ölkələrdə Milad bayramı xristian icmaları tərəfindən qeyd olunur və bu, həm də dini və mədəni müxtəlifliyin gözəl bir nümunəsidir".
T.Ağayevin sözlərinə görə Yeni il bayramı xristian dini təqvimində yoxdur:
“Yeni il dünyavi bayramdır. Bu təqvim ilinin başa çatmasını və yeni ilin başlamasını qeyd etmək üçün təşkil olunan bayramdır. Yeni il dünyada müxtəlif mədəniyyətlərdə və ölkələrdə fərqli şəkildə qeyd edilsə də, ümumiyyətlə, şənlik, sevinc və ümid dolu bir atmosferlə müşayiət olunur. Lakin inanclı insanlar olaraq, biz hər ilin sonunda Allaha ötən təqvimi il üçün şükr edib, yeni il üçün xeyirdua diləyirik. Dünyanın müxtəlif ölkələrində fərqli tarixlərdə və ənənələrlə keçirilsə də, ən geniş yayılmış bayram 31 dekabr gecəsi qeyd olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya