
Yeni il ərəfəsində bu məhsullarda fantastik qiymətlər müşahidə olunur -İqtisadçı
09:47 27.12.2024
Sosial
620
Yeni İlin gəlməsinə artıq bir neçə gün qalıb. Amma bayram ərəfəsində bazarlarda əhalinin istehlak səbətində əsas yer tutan məhsullara tələbatın artması səbəbi ilə qiymətlərin də artdığı müşahidə olunur.
İqtisadçı-ekspert Asif İbrahimov “Sherg.az”a bildirib ki, Azərbaycan iqtisadiyyatında, xüsusilə də qida məhsullarının qiymət məsələsi son bir neçə il ərzində cütrəqəmli inflyasiya indeksi qeydə alınmağa başlayıb:

“Bunun daxili və xarici faktorları mövcuddur. Azərbaycana bir çox qida məhsulları və istehsal olunan məhsulların inqridentləri xaricdən gətirilir. Bu isə öz maya dəyərinə təsir göstərir. Eyni zamanda, bayram ərəfəsində isə bilirik ki, tələb təklifi formalaşdırdığı üçün bazarda hansı məhsullara tələbat çoxdursa, həmin məhsulların qiymətlərində bahalaşma müşahidə edilir. Xüsusilə Yeni il ərəfəsində qida, ərzaq məhsulları, oyuncaq, dekorativ hədiyyə məmulatları, eyni zamanda otel, restoran və iaşə obyektlərində fantastik qiymətlər müşahidə olunur. Qiymətlər ağlasığmaz dərəcədə baha olduqda vətəndaşın cibinə, büdcəsinə, öz təsirini göstərir. Bu günlərdə, bəzi şeylərə tələb olsa da, amma bir sıra məsələlər də var ki, dövlət tərəfindən tənzimlənsə daha yaxşı olar. Təklif edirəm ki, bacardığımız qədər ölkədə daxili istehsala keçməliyik, ya da ki, Ümumdünya Ticarət Təşkilatına üzv olaraq bildirməliyik ki, biz məhsul istehsal edə bilmirik. Ümumdünya Ticarət Təşkilatına üzv olmağımız o deməkdir ki, yerli məhsullar sıradan çıxacaq. Çünki bazara daha ucuz məhsullar daxil olmağa başlayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm