"Kişilikdən danışmağa haqqım çatır" - Elçin Sərxana cavab verdi - VİDEO

Müğənni Elçin Hüseynov aparıcı-aktyor Sərxan Kərəmoğlunun “Şou-biznesdə heç kimin kişilikdən danışmağa haqqı yoxdur”, sözlərinə münasibət bildirib.

Lent.az -a açıqlama verən ifaçı aparıcıya bu cür cavab verib:

“Səhv fikirdir. Sərxan bilmirəm nəyə görə deyib. Amma əlbəttə ki, kişilikdən danışmağa haqqım var. Harada olsa sözümü deyə də bilirəm. Sözü kimə ünvanladığını bilmirəm. Biz özümüzü hər zaman igidlərə bənzətmək istəmişik. Şübhəsiz ki, məni sevən insanlar mahnıları bəyənməkdən əlavə, istəyirlər ki, haradasa mənə bənzəsinlər. Mən özümü yaxşı aparmayım, kişi kimi danışmayım, bəs nəyi təbliğ etməliyəm? Dostumuz bu yaxınlarda dedi ki, bir kişi yaranıb, bir də qadın. Qadın qadınlıqdan, kişi kişilikdən danışmalıdır. Sərxanla efirdən kənar söhbət etsək, ona izah edə bilərəm. Amma bizi izləyən insanlara hörmət qoymalıyıq.

Qeyd edək ki, S.Kərəmoğlu “Show news” verilişinə açıqlamasında bu sözləri demişdi. “Hara gedirlər xalqa kişilikdən danışmağa başlayırlar. Biz kimik ki?! Camaat bizə pul verib oxutdurur, danışdırır. Bu insanlara necə kişilikdən dərs keçirik? Ən imansız işi biz görürük. Belə adamın kişilik dərsi keçməyi ayıbdır. Qeyrətsiz qeyrətdən, imansız imandan, kişiliyi olmayan da kişilikdən danışır. Bizə pul verib, məni əyləndir deyən insanlara şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur”.