Kanye Uest Londonda keçirilməsi planlaşdırılan "Wireless Festival 2026"da baş tutmayan çıxışına görə təşkilatçılara 11 milyon funt sterlinq qaytarmalıdır.
Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilir ki, reper festivalın əsas ulduzu kimi üç gün ardıcıl səhnəyə çıxmalı idi və qonorar ona əvvəlcədən ödənilmişdi.
Dünən Böyük Britaniyanın Daxili İşlər Nazirliyi musiqiçinin ölkəyə girişini qadağan edib. Qurumun bildirdiyinə görə, onun ölkədə olması “ictimai rifaha uyğun deyil”.
Qeyd edək ki, son illərdə Kanye Uest bir neçə dəfə antisemit, irqçi və nasist yönümlü açıqlamaları ilə gündəmə gəlib.