Müğənninin qızı dövlət idarəsində... – Açıqlama

Müğənni Təranə Qumralın böyük qızı Qumral Xarici İşlər Nazirliyində (XİN), Dövlət Miqrasiya Xidmətində, Dövlət Sosial Müdafiə Fondunda və YAP-da çalışıb.

Bu barədə Kult.az-a açıqlamasında Qumralın özü deyib. O bildirib ki, yenidən dövlət işində çalışmaq niyyətində deyil:

“Ali təhsili Bakı Slavyan Universitetində almışam. Bir neçə il əvvəl XİN-in Arxiv şöbəsində çalışırdım. Miqrasiyada çalışanda isə ailəli idim deyə, iş saatlarımla alınmırdı. Bundan başqa, Yeni Azərbaycan Partiyasında və Dövlət Sosial Müdafiə Fondunun Yasamal filialında da məsləhətçi vəzifəsində işləmişəm. O vaxt verilən maaş məni qane etmədiyi üçün yenidən qayıtmağı düşünmədim. Bildiyiniz kimi, artıq başqa sahədəyəm”.

Qeyd edək ki, tanınmış müğənni Təranə Qumral "Hər şey daxil" proqramında sosial şəbəkə fenomeni olan qızının nazirliklərdə və bir neçə dövlət qurumunda çalışdığını bildirmişdi.