Gözəl tennisçi aşiq olub



Dopinq cəzasından sonra kortlara dönsə də keçmiş formasını bərpa edə bilməyərək xəyal qırıqlığı yaşayan rus tennisçi, səfərə çıxaraq çöl heyvanlarına yaxınlaşıb, uşaqlarla və dövlət başçılarıyla bir araya gəlib.



Qadınlar tennisinin məşhur fiquru Maria Şarapova, Afrika turuna çıxıb.
Ruanda, Botsvana, Konqo və Uqanda kimi ölkələri gəzən Şarapova səfər təəssüratlarını “Niyə biri mənə bu ziyarəti vaxtında etməyimi söyləmədi?” ifadəsiylə dilə gətirib.

Şarapovaya  şagirdlərə bəzi məktəb ləvazimatları hədiyyə edib  və “Afrikaya aşiq oldum” deyə bildirib. Ruandada balta dəyməmiş  meşələrdə dağ qorillaları ilə fotolar çəkdirən Şarapova, bu heyvanlarla qurduğu isti təmas ilə diqqət çəkib.

Botsvanada aslanların yaxınlığına qədər gedən Şarapovaya Afrika səyahətində iş adamı, sevgilisi Aleksandr Gilkes yoldaşlıq edib. Eyni bölgədə qorillaları keçən ay da Braziliyalı məşhur futbolçu David Luizin yerində araşdırdığı bildirilir.