Müğənni Aynur Dadaşova bahalı ayaqqabı həvəskarı imiş.
İfaçı bu barədə ARB-nin "Ona qalsa" proqramında danışıb. Aparıcı Nazilə Səfərli qonağına belə bir sual verib:
"O vaxt deyirdilər ki, ən bahalı ayaqqabını sən geyinirsən. Ən bahalı ayaqqabını neçəyə almısan?"
Aynur xanım ən bahalı ayaqqabısının qiymətini açıqlayıb:
"Mənim qarderobumda ən bahalı ayaqqabımın qiyməti 3 min dollardır. Ucuz ətin şorbası olmaz deyirlər. Ucuz alanda qədrini bilmirik. Bahalı və hündür ayaqqabıları sevirəm. Ayağımdakı ayaqqabı baha deyil, 250 manata almışam".