“Avroviziya-2020” təxirə salındı - YENİLƏNİB

“Avroviziya-2020” musiqi yarışması rəsmən təxirə salınıb. 
Bununla bağlı “Avroviziya”nın rəsmi “Twitter” hesabında məlumat yayılıb. 
“Avroviziya-2020” musiqi yarışması növbəti il keçiriləcək. 
“Çempionat” saytı xəbər verir ki, bununla bağlı müsabiqənin təşkilatçıları məlumat yayıb. 



Bildirilib ki, koronavirusla əlaqədar müsabiqə gələn ilə qədər təxirə salınıb:

“Müsabiqə gələn il Rotterdamda yeni nömrələr və yeni mahnılarla keçiriləcək. Qaydalara uyğun olaraq, iştirakçılar bu il təqdim etdikləri mahnıları ifa edə bilməyəcəklər. Ancaq iştirakçılar arasında dəyişiklik olmayacaq”.