Koronavirusa yoluxduğundan şübhələnən aparıcı Esra Balamirin testlərinin cavabı çıxıb.
Axşam.az xəbər verir ki, aparıcının infeksiyaya yoluxduğu bəlli olub. Balamir müalicəsinin evdə aparıldığını bildirib:
"Dərmanları evimə gətirirlər. Səhhətim o qədər də pis deyil".
Qeyd edək ki, Esra ötən günlərdə rəfiqəsinin koronavirusa yoluxduğunu söyləmişdi:
"Dostum Covid-19 testi etdirdi. Nəticə pozitivdir. Deyəsən, mən də yoluxmuşam".