Söz sənətkarından tanınmış müğənnilərə CİDDİ İRAD: “Röya, Ədalət, Brilliant, Elza...”


“Elzanın şeirlərini  “Tiktok”a qoyub, mırtlaşırlar. Gah şamlara, gah heyvanlara yazır”

“Ədalət Şükürova  deyirəm bu mahnı yaxşıdır, amma orda o sözü dəyiş”

 “15 ildən sonra həmin əsəri Brilliantdan öyrənənlər Ələkbər Tağıyevin mahnısını səhv oxuyacaqlar. Adama o təsir edir”

“O vaxt Röyaya demişəm ki, Olmaz səni sevdiyim sevən dünyada" yox, 
"Səni sevdiyim qədər dünyada olmaz" düz olur”




Bəstəkar, müğənni Elza Seyidcahan yazdığı şeirlərlə tez-tez gündəmə gəlir. Bəzi hallarda  müğənninin şeirləri gülüş predimetinə çevrilir.  Əməkdar artistin poetik yaradıcılığına bir çox şairlər, söz ustadları rəy bildirsələr də, Elza xanım yenə öz üslubunda yazmağa davam edir.
 Bu yaxınlarda isə tanınmış meyxanaçı Vüqar Əbdülov qonaq olduğu “5/5” verilişində  müğəninin şeirləri barəsində fikirlərini söyləyib.  Əməkdar artist də “X magazin'ə açıqlamasında  V.Əbdülovun onun ünvanına dediyi "Elza şeir yazmasın, yaza bilmir. Elə bəstəkarlıq etsin" sözlərinə incidiyini gizlətməyərək belə cavab verib: 

"Bir insanın həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, Elzanın şeirini öz düşüncəsinə görə yozacaq. Allahın qarşısında savab qazanmaq istəyirsinizsə, sənəti müdafiə edin".

Biz də məsələsini aydınlaşdırmaq məqsədilə Vüqar Əbdülovla əlaqə saxladıq. Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən söz xridarı E.Seyidcahana zəng vurub, bu mövzuda  danışdığını söyədi: 

"Çox sağ olsun. Allah razı olsun. Özünə də zəng vurub, dedim ki, şeirindən danışmışam. Şair kimi rəy söyləməyə ixtiyarım var. Xoşuma gəlmir  şeirlərini  bəzi aktyorlar parodiya edib, ələ salırlar. Gülünc vəziyyətə qoyurlar, ona görə ləzzət eləmir. Mən də ərk edib dostun kimi demişəm ki, yazmasın. Bəstəkarlığına, geyiminə, xanımlığına, heç nə deməmişəm. Azdan-çoxdan yazan insan olaraq  söylədim ki, o tipli şeirlər yazmasın. O mənada... Elza xanım  necə qəbul edibsə, öz fikridir. Neyniyək heç yerdə danışmayaq? Çıxaq, küsək, gedək bu dünyadan  necə edək?   Dedim ki, Elza xanım səni çox istəyirəm. Bizim bir yerdə işlərimiz var, bir-birimizə hörmətimiz böyükdür. Zaur “5/5”də soruşdu, mən də söylədim ki, elə şeirlər yazmasın. Yaza bilmir. Şeirin forması var. Bəhri-təvil yazmaq istəyir, gülünc çıxır, lağ edirlər. O da bir dostu kimi xoşuma gəlmir.  İndi istəyir yazsın, istəyir yazmasın. Xətrinə dəyibsə, üzr istəyirəm, bağışlasın. Amma  bəstəkarlığı barədə danışmamışam. Mən də şairəm, şeirindən danışmışam ki, xoşuma gəlmir. Necə edir etsin.  Ona başqa sözüm yoxdu. Necə danışıb özü bilər, öz fikridir.  Mən nə demişəm ki?!” 

Meyxanaçı verlişdə söhbətin necə başladığı haqqında da söz açdı:

“Söhbət şeir yazmaqdan düşdü. Mən də dedim ki, Elza gözəl bəstəkardır, yaxşı mahnıları var. Sənətini sevirəm.  Amma şeir yazmasın.
Zarafat edirlər onun şeirləri ilə. Qoyurlar tiktoka, nə  bilim başqa yerlərə mırtlaşırlar. Mənə  təsir edir ki,  böyük sənətkardır. Amma  elə bil  dəli kimi oynadırlar onu. Gah şamlara, gah heyvanlara yazır. Özü bilər. Sadəcə, mənim rəy bildirmək ixtiyarım var ya yoxdu? Birinci verlişin qonağı kimi , ikincisi də qələm əhli kimi.  Geyimi,  əxlaqı və mahnısına söz deməmişəm. Mənə aid olmayan tərəfindən danışmamışam. Özünə də dedim səni çox istəyirəm. Evimizdə qonaq da olmusan, uşaqlar, ailəmiz də tanıyır. Hörmətimiz var. İncimə sözümdən."

Söz ustadı  E.Seyidcahanın şeirləri barədə müğənninin oğlu Ələkbərlə də həmsöhbət olduğunu vurğuladı:

Dedim, bacardığın qədər yayındır o tipli şeirlər yazmasın. "Ana daz, bala qaz".  Nə bilim "Tikim sizin ağzınızı qırx ayaq kimi"  Ayıbdı, lağ edirlər. O mənada demişəm, amma xətrinə deyibsə, daha söz demək olmaz. Yaxşı iş olanda zəng vurub gözəl sözlər dediyim zaman söyləmir ki, sağ olsun Vüqar  filan mahnıma görə təbrik elədi. Mən onun konsertinə də getmişəm, mahnıları çox gözəldir. "Ağ çiçəyim" "Toy adamları"  neçə-neçə  sevimli mahnısı var. Bu şeirlər alınmır. Bəlkə də, onun aləmi özü qeyd elədiyi kimi bizə çatmır. Amma lağ edirlər deyə adama ləzzət eləmir. Bir doğmam, əzizim kimi demişəm, yoxsa başqası olsa... O qədər “YouTube”də, Tiktokda söyüş söyən qadınlar, babalar, nənələr var, adam baxanda nifrət edir. Onun da şeirlərini qoyurlar lağ edirlər mənə də ləzzət eləmir. Abırlı xanımdı, əməkdar artistdi, nənədi, insandı. Çoxlarına nəzərən  fikir bölüşdürüləsi, dərd danışılası adamdı. Onunla beş addım yol gedəndə darıxmırsan, söhbətləşirsən. O mənada dostu kimi demişəm, amma  başqa cür reaksiya verib. Allah canını sağ eləsin. Özü bilsin bundan sonra nə edir etsin. Bəyənmədiyim,  dost olmayan adama reaksiya vermərəm. Yaxşısına da, pisinə də. Amma dostumdu. Onunla "Dünya", mahnımız, qəşəng proyektimiz var. Konsertlərində, işlərində məsləhətləşmişik. Neçə dəfə tədbirlərdə bir yerdə  jüri olmuşuq. 

V.Əbdülov yaxın dostlarına mahnıları barədə tövsiyələr verdiyindən də danışdı:

 “Məsələn, Ədalət Şükürova  deyirəm bu mahnı yaxşıdır, amma orda o sözü dəyiş. Mən deyə bilmərəm mahnını dəyiş, bəstəkar deyiləm. Özüm üçün nə isə yaza bilərəm. Lakin bəstəkar işinə qarışmağa ixtiyarım yoxdu. Söz ki, qulağımı deşib, dəlir. Sevdiyim sənətkarlara dost olduqlarıma deyirəm ki, qardaşım, dostum dəyiş ya belə et. Çünki adamın qulağını dəlir. O gün Brilliant xanım oxuyur:

"Yağış yağır sevgilim. 
Sular axır sevgilim. 
Varmı bir xəbərin. 
Yarpaqlar mənim kimi sırğa taxır, sevgilim"

 Bu gün də efirdə oxuyurdu. Deyir yarpaqlar "mənim kimi sırğa taxır, sevgilim".  Elə deyil axı. Bu misra belədir: “Yarpaqlar gəlin kimi sırğa taxır, sevgilim"
Gəlin sırğası yarpaqdan axan şeh boyda balaca olur.  Şair də ona bənzədib. İndi Brilliant  xanım belə oxuyur əcəb edir. Amma 15 ildən sonra həmin əsəri Brilliantdan öyrənənlər Ələkbər Tağıyevin mahnısını səhv oxuyacaqlar. Adama o təsir edir. Bilsəm ki kimsə sözümü yerə salacaq  heç nə demərəm. O vaxt Röyaya fikir bildirmişdim. 

"Düşürsən tez-tez yada, 
Demirəm dosta-yada. 
Olmaz səni sevdiyim sevən dünyada"

 Deyirəm orda "səni sevdiyim qədər dünyada olmaz" düz olur.. Mahnıya görə qədər sözünü atmısız qırağa.  Necə ki musiqiçilərin xaric not olanda qulağını deşir. Deyirlər xaricdədir, səsi qaçdı filan. Söz sənətkarları da o boşluğu, nöqsanı hiss edirlər. Məsələn, həkim gözün qızaranda bilir xəstəsən. Dilini deyir çıxart baxım.  Ondan başa düşür ki, nəyin var. Biz də söz xridarı, sənətkarıyıq. Yenə deyirəm özü bilər. Mənə nə xeyri var, nə də ziyanı. İstəyirsən xoruzdan, pişikdən, ananasdan yaz özün bilərsən. Sadəcə bəzilərinə imkan verirsən sənin kimi xanımla, əməkdar artistlə zarafat etsinlər.  Mənə ləzzət eləmir. Ərk edib dedim ki yazmasın, yaza bilmir. Bunu niyə problem edib? Bundan gedir söhbət. Neynəyək ona danışma, buna dinmə, eşitmə. Təcrid olaq dünyadan, efirlərdən küsək?  Tərgidək sənətimizi gedək başqa işlə məşğul olaq? Olmaz axı, 46 yaşım var.   30 ildir qaçıram ora- bura, azdan-çoxdan nə isə etmişəm.  Şeirlərim, mahnılarım  müğənnilər, sənətkarlar tərəfindən oxunur.  Özüm üçün cəmiyyətdə hörmət yiyəsi olmuşam ki, gedib E.Seyidcahanın yanında üzü qara qalım, üzür istəyim yaxud küsülü olum kiminləsə. Yenə də qeyd edirəm özünə də zəng vurdum ki, Elza xanım belə oldu söhbət.  Mən də danışdım.  Təsir edən odur ki şeirlərini götürürlər parodiya ilə  zarafat edirlər, “YouTube”də qoyurlar. Şans verirsən  camaata o şeirlərlə mırtlaşsın. Götürüb başqa-başqa heyvan səsləri ilə yanaşı qoyurlar.  Xoşuma gəlmir. Elza xanım elə adam deyil ki, onunla zarafat etsinlər. Böyük sənəti var, şəxsiyyət kimi onu bəyənirəm deyə danışmışam  yoxsa özü bilər. Bundan sonra fikir bildirmərəm  Xətrinə deyibsə,  xanımdır mən də alicənablıq edib, deyərəm ki, bağışlasın, amma bununla iş bitmir. Elza, bilirsən ki mən sənə nə deyirəm. Onda düş bir-bir kim şeirlərinə meyxanalar qoşub, nələr deyirlər onları da susdur. Noldu elə gücün, ərkin mənə çatdı? Mən də ərk edib sənə demişəm...”