Dünyaca məşhur repçi, milyarder Kanye Uest öz brendi olan “Yeezy”nin yeni ayaqqabı kolleksiyasını təqdim edib.
Axşam.az xəbər verir ki, repçi “451” adlanan idman ayaqqabılarını dizayner Stiven Smitlə birlikdə hazırlayıb.
Qeyri-adi görünüşdə olan kolleksiya sosial şəbəkədə müzakirlərə və gülüşə səbəb olub. İzləyicilər ayaqqabıların “xəngəl”ə bənzədiyini yazıblar.
Qeyd edək ki, ötən ay “Forbes” jurnalı Kanye Uesti rəsmi olaraq milyarder elan edib.