Afətin "Gelandewagen"ini soyublar


Müğənni Afət Fərmanqızının avtomobilini soyublar.

Axşam.az bildirir ki, sənətçi bu haqda "Bu şəhərdə" komandası ilə İnstaqram-da canlı yayımda olarkən deyib. O bildirib ki, hadisə Sumqayıtda baş verib. İfaçının "Gelandewagen" markalı maşının qapısını sındırıblar:

"Hər zaman dostlarıma deyirəm ki, maşında çanta qoymayın. Ona görə maşının şüşələrin sındırırlar. Sumqayıtda bir açılışa getmişdim. Çantanı qoydum maşının içinə, düşündüm ki, tez reklam edib qayıdacam. Çəkdi 40 dəqiqə... Mindim maşına, qapı qəribə gəldi. Düşündüm ki, istidən olub. Yol gedəndə qəfildən qapı açıldı, əlimlə tutdum. Yolda yaxşı ki, maşın yox idi, yoxsa qapını aparardı. Heç nə götürə bilməyiblər, amma min manat ziyana düşdüm. Polisə şikayət etmişəm, hələ xəbər yoxdur".