Boşanma xəbərləri yalan çıxdı


Ötən ay rusiyalı məşhur müğənni Polina Qaqarinanın fotoqraf həyat yoldaşı Dmitri İsxakovdan boşanacağı haqda xəbərlər yayılmışdı.

Axşam.az xəbər verir ki, sənətçinin əri ilk dəfə bu haqda açıqlama verib.

Ayrıldıqları haqda söz-söhbətlərdən bezdiyini bildirən Dmitri “Boşanmırıq” deyərək məlumatları təkzib edib.

Qeyd edək ki, cütülüyün bir neçə aydır birlikdə yaşamadığı və rəsmi olaraq məhkəməyə müraciət etdiyi deyilirdi. Polina və Dmitri 2014-cü ildə ailə həyatı qurub. Onların 1 qızı, Qaqarinanın ilk evliliyindən isə 1 oğlu var.