Aslı yeni sevgilisi ilə görüntüləndi 


Ötən gün aktrisa Aslı Bekiroğlu kameralara tuş gəlib.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, aktrisa Arnavutköydə yeni sevgilisi Çağrı Telkıvıranla görüntülənib.

Jurnalistləri görən Aslı onlarla söhbət edib. Yeni münasibəti haqqında danışan aktrisa xoşbəxt olduğunu və hər şeyin yolunda getdiyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Bekiroğlu Can Koçkanla eşq yaşamağa başlamışdı.