Məhkəməlik olan aktrisa 54 min ödədi

Türkiyəli aktrisa Dəfnə Samyeli 2 ildir iş adamı Yusuf Arazın Kemerburqazda yerləşən lüks villasının kirayə borcunu ödəmədiyi üçün məhkəməlik olmuşdu.

Sherg.az  axşam.az-a istinadən bildirir ki, ev sahibi məhkəməni qazanaraq evin boşaldılmasını tələb etmiş, malikanədə aktrisaya məxsus bahalı əşyaların hamısı müsadirə edilmişdi.

Ötən gün Dəfnə 234 min TL (təxminən 54 min manat) ödəyərək təxliyənin vaxtını uzadıb.

Qeyd edək ki, aktrisa ötən ilin martından aylıq kirayə haqqı olan 16 min 720 lirəni (təxminən 3 min 862 manat) ödəmirdi.