“Hər kəs xəsarət aldı, mən də sağ tərəfdən zədə almışdım”.“Sherg.az” xəbər verir ki, bu sözləri “Onun Sirri" verilişində müğənni Əlikram Bayramov deyib. Ə. Bayramov ona sui-qəsd edən müğənnidən danışıb:
“Evdən deyib gülərək çıxmışdıq. Mənimlə bərabər 7 musiqiçi, yeni evli olan ailə var idi. Həmişə maşında qarşıda əyləşməyi, yola baxmağı xoşlayıram.
Kənar tərəfdən gələn maşın bilərəkdən üzərimizə, düz əyləşdiyim istiqamətdə gəldi.
3-4 km getmişdik. Yolun sağında geniş yol vardı. Hər kəs xəsarət almışdı. Gözümün önünə anam və körpə balam gəldi. Həmin hadisə planlaşdırılmışdı, şəxsin kim olduğunu da bilirəm, məqsədini isə bir Allah bilir”.