Tanınmış şairə Cığaltel İsaqızı "Xəbər-ətər" verilişində həyat yoldaşının ölüm səbəbindən danışıb.
"Sherg.az" xəbər verir ki, Cığatel xanım həyat yoldaşının 3 ay xəstə olduğunu vurğulayıb:
"Allah ölənlərinizə rəhmət etsin. Mən hələ də onun yoxluğunu hiss etmirəm. Süleyman adlı nəvəm var. Deyir, " ay nənə, fikir verirəm ki, belə deyilsən. Danışardın, gülərdin, oynuyardın". Həqiqətən heç xəyalıma gəlməyib. Get-gedə özümə qapılmışam. Uşaq da buna fikir verib. Nəvəm söyləyir ki, Camal baba öləndən çox dəyişilmisən. O, elə bir insan idi ki.. 2 metr boyu vardı, pəhləvan kimi. Bütün kənd, el-oba həyatdan küskün oldu. Camal kimi oğul belə olandan sonra biz həyatdan nə gözləyək?!".