“Son zamanlar deyirlər ki, Elza Seyidcahan oğlu ilə küsülüdür. Şükür Allaha, ailəmdə hər şey gözəldir”.
“Sherg.az” xəbər verir ki, bunu “Xəbər-Ətər” verilişində əməkdar artist Elza Seyidcahan bildirib. Bəstəkər-müğənni fikrini bu sözlərlə davam etdirib:
“Keçən il yazmışdılar, “Elza Seyidcahanı döydülər”. Məni kim döyə bilər? Gözümə də üfürə bilməzlər. Bəlk də, yeganə müğənniyəm ki, yanımda sadəcə prodüserim olur. Nə qədər yazırlar, “Elza xanım, sizin cangüdəniniz olmaq istəyirəm”. Hətta təmənnasız. Belə olduğu təqdirdə mən xalqımı təhqir etmiş olaram”.