"Bəzi sənət dostlarım açıqlamadan qorxurlar. Qardaş, villamı oğurluq pullarla yox, zəhmətlə qazandığım vəsait hesabına tikmişəm. O villanın inşasına 400 min pulum çıxdı”.
"Sherg.az"xəbər verir ki, bu sözləri "Həmin Zaur" verilişində müğənni Əlikram Bayramov villasından danışarkən deyib.
O, bunları əlavə edib:
"Bütün xalq, el-oba bilir, dədə yurdumda ev tikdirmişəm. Nə vaxt istəsəz, qonaq gələ bilərsiniz. Həyətdə cücəmiz, quzumuz da var".