"Mən nəyəsə küskün olanda heç kimlə bölüşmürəm. Şıxov tərəfdə bir yer var , ora gedirəm".
"Sherg.az" xəbər verir ki, bu sözləri "Həmin Zaur" verilişində müğənni Roza Zərgərli deyib. Aparıcı Zaur Kamal verilişdə qeyd edib ki, o gecə Roza Zərgərlinin hara getdiyini heç kim bilməyib, qızı hay-haray salmışdı.
Roza Zərgərli isə belə cavab verib:
"Sadəcə qızımın təzə albomunu göndərmişdilər. 21 il əvvəl müğənni kimi səhnəyə gəldiyim an yadıma düşdü. Övladımın səhnəni fəth etməsini təbii ki, istəyirəm. O qədər çətin peşəmiz var ki, uşaqlarımıza yazığım gəlir"