"Bakı toylarında artıq kiməsə söz vermək dəbi yığışdırılıb. Ev yiyəsi də demişdi ki, heç kimə söz verilməsin, yalnız oynamaq, musiqi və sürprizlərlə dolu gecəmiz davam etsin".
"Sherg.az" xəbər verir ki, bu sözləri ARB TV-nin “Onun Sirri” verilişinin qonağı ifaçı Rüfət Axundov deyib.
Sənətçi illər öncə toy mərasimində başına gələn hadisədən danışıb:
"Bu olay 2003-2004-cü illərdə baş verib. İndiyədək o insanla dostluq əlaqəmiz var.
Ev yiyəsi necə tapşırmışdısa, elə də oldu, söz vermədim. Toydan sonra bir balaca problem yaşadıq. Sağ olsunlar sənət yoldaşlarımız -Anar Mədətov, Səməd Səmədov, Ədalət Şükürov. Həmin adamı tanıyırdılar, dedilər ki, "Rüfət bizim dostumuzdur, ola bilər sizə söz verməyib, üstündən keçək".