"Bir xanıma lazım olan hər şeyi Allah mənə verib, şükürlər olsun. Qadın kimi ola bilər kimisə sevmirəm, sevə bilmirəm, o da göydə Allahın, yerdə mənim əlimdədir. İstəsəm o sahədə də xoşbəxt olaram, amma istəmirəm".
Bu sözləri ARB TV-nin "Xəbər-ətər"verilişinin qonağı olan müğənni Afət Fərmanqızı deyib.
Xanım müğənni diqqət və nəvazişi çox sevdiyini bildirib:
"Diqqət zəif olsa, mənə pis təsir göstərər. Tutaq ki, insan özünə gözəl libas alır. Gərək birinci mənə alsın, sonra özünə".
Müğənni sonda bu sözləri əlavə edib.
"Məsələn, imkanı zəif bir bəylə yemək yeyəndə, gələn 150 manat hesabı özün verməli olacaqsan. O özünü komfortsuz hesab edəcək".