ARB TV-də yayımlanan "Söhbət var" verilişində məşhurlara maraqlı sual verilib.
Efirdə müğənnilər - Faytonçu Nazim, Roza Zərgərli, Rəqsanə İsmayılova və aktyor Məcid İsmayılov iştirak ediblər.
Aparıcı Dilarə Əliyeva 3 kiloluq bankanı masanın üzərinə qoyaraq onlara sual ünvanlayıb: "Bu əşya şou-biznes əhlindən kimə aiddir?".
Müğənni Roza Zərgərli 3 kiloluq bankanının Rəqsanə İsmayılovaya məxsus olduğunu deyib:
"Rəqsanə banka bağlaya bilir. Yemək bişirmək-düşürmək bacarır, oxumağı da var. İkisini bir arada yürütmək hər adamın işi deyil".