"Əslində ailəcanlıyam. Ər çörəyi yeməyə razı olaram".
“Sherg.az” xəbər verir ki, bu sözləri ARB TV-nin efirində yayımlanan "Həmin Zaur" verilişində müğənni Türkan Vəlizadə deyib.
O bunları da əlavə edib:
"Lakin indi ailəyə baxıram. Deyərəm ki, mənə vaxt ver, ailəm üçün müəyyən bir şeylər edim. Evdəkiləri ac qoyub ailə həyatı qurum? Valideynim işləmir. Hamısına mən baxıram. Ailə qurmağa görə, atamı, anamı ata bilmərəm".