Afət Fərmanqızı şərt kəsdi: Sübut etsəz, sənətdən gedəcəm

"İrad bildirənlərin əksəriyyətinə baxdım, sevilməyən xanımlardır.  Özüm bioloq olduğum üçün bilirəm, qadın sevgisiz olanda aqressivləşir. Sanki aqressiyasını mənə yönəldir".

"Sherg.az" xəbər verir ki, bunu "ARB TV"də yayımlanan "Bazar Düzü" verilişində müğənni Afət Fərmanqızı deyib.

A.Fərmanqızı qalmaqala meyilli bir insan olmadığını bildirib:

" Bəzi aparıcılar məni elə təqdim edib ki, qalmaqala meyilli biri kimi görünürəm, amma elə deyil. Nümunə göstərin, kiməsə söz atmış olum. Həmin gün sənətdən gedəcəm".