“İlk vaxtlar oxumağa utanırdım, aranjimana pul xərcləməyə heyfim gəlirdi”
“Gördüm ki, elmlə az məşğul insanlar o səviyyədə mahnını bəyənirlər”
“Həm musiqi təhsilim, həm də pedaqoji fəaliyyətim var. Sənətə Eldar Mansurovun mahnıları ilə başlamışam. O mahnıları oxuyanda tələbatın az olduğunu anlayıb, 5-6 il geri çəkildim”.
Bunu “ARB TV”-də yayımlanan “Bazar Düzü” verilişində müğənni Afət Fərmanqızı deyib. O, musiqi sahəsində uğur qazana bilmədiyini başa düşərək bir müddət başqa sahədə özünü sınadığını bildirib:
“Biznes sahəsində özümü yoxladım, uğurlu alındı. Düşündüm ki, orta məktəb səviyyəsində elementar savadı olmayanlar bu dəqiqə ən bahalı maşın sürür, yaxşı şəraitdə yaşayırlar. Oxuduğu isə “üç badam, bir qoz” kimidir. Yolumu dəyişdim, belə mahnılar ifa etməyə başladım. İlk vaxtlar oxumağa utanırdım, aranjimana pul xərcləməyə heyfim gəlirdi. Gördüm ki, elmlə az məşğul insanlar o səviyyədə mahnını bəyənirlər”.