“1991-ci ildən 1992-ci ilədək onunla nişanlı olmuşam. O, məni sevirdi, lakin mən də onu dayım oğlu kimi sevirdim. Arzularımın ardınca qaçdım”.
Bunu ATV kanalında yayımlanan “1 dəqiqə” proqramına qonaq olarkən xalq artisti Gülyanaq Məmmədova deyib. İfaçı 1992-ci ildə toyuna bir gün qalmış evdən qaçdığını bildirib. Sənətçi efir vasitəsilə bir zamanlar onunla nişanlı olan dayısıoğlu və onun indiki həyat yoldaşına salam da göndərib.
“Sherg.az” olaraq mövzu ilə bağlı xalq artisti Gülyanaq Məmmədova ilə əlaqə saxladıq. Lakin xalq artisti məsələnin işıqlandırılmasını istəmədiyini bildirdi:
“Bu hadisə 30 il öncə yaşanıb, yenidən mövzuya qayıdıb yayımlamağa ehtiyac yoxdur. “1 dəqiqə” verilişində bu barədə ətraflı məlumat vermişəm. Orda da demişdim ki, mövzunun yenidən mətbuatda gündəmə gəlməsinə icazə vermirəm. Artıq danışmaq istəmirəm”.