“Allah Namiq Qaraçuxurluya ömür versin. O, Azəbaycanda brenddir, idealım olub”.
Bunu meyxana ifaçısı Nurlan Ordubadlı “Həmin Zaur” verilişində deyib.
N.Ordubadlı meyxanaçı N.Qaraçuxurlu ilə səsinin bənzədiyini bildirib:
“ Bu da Allah vergisidir. Mənə deyirdilər ki, özünü Namiqə oxşadırsan. Əslində oxşatmırdım, lakin mənim üçün fəxr idi. Zil oxuyandan sonra söz-söhbətlər aradan qalxdı. Qarşılaşmamışıq, amma uşaqlıqdan sevirəm. Görüşmək istəyərəm”.