““Yaşa Azrbaycan”ı “DJ” səsləndirdi. Komandada olan bir nəfər rica etmişdi. Nurlanın xəbəri yox idi. Hamı ortalığa düşdü, oynamağa başladı. Nurlanla bir yerdə əyləşmişdik. Dedim ki, görəsən, bu mahnını kim oxuyub? Heç ağlıma gəlməzdi ki, “Yaşa Azərbaycan”ı ayaqyalın oynayım. Mahnını Nurlan oxuduğundan xəbərim yox idi”.
Bu sözləri “Həmin Zaur” verilişində müğənni Roza Zərgərli musiqili meyxana ifaçısı Nurlan Ordubadlı ilə bağlı danışarkən deyib.
N.Ordubadlı müğənni Roza Zərgərlinin fikirlərini təsdiqləyib və bunu əlavə edib:
“Ertəsi gün yemək yeyirdik. R.Zərgərli dedi ki, bunu siz oxumusuz? Mən də “hə” söylədim. O da, “elə bildim operatorsuz”deyə cavab vermişdi”.