Anar Ağakişiyev 2 ay komada qalıb - SƏBƏB

 “Nənəm və babamla böyümüşəm. Uşaqlıqda rəsmlə məşğul olmuşam. 6-ci sinifi ümumiyyətlə oxumamışam”
“Sherg.az” xəbər verir ki, bunu stilist Anar Ağakişiyev ARB TV-nin “Özəl” verilişində qonaq olanda deyib. O uşaq yaşlarında ağacdan yıxıldığını bildirib:
 “5-ci sinifdə tut ağacından yıxılıb komada qaldığım üçün mənə il yarım məhdudiyyətlər qoyulmuşdu. Səhər oyanırdım, bir-iki saat həyətə düşürdüm. Həkim deyirdi, top mənə dəysə, yıxılsam, fəsadları ağır ola bilər. O dönəmdə rəsmlə məşğul olmaq fikrini tamamilə unutdum. Anlayırdım ki, indi kağızın üzərində rəsm çəkirəm, amma tərpənmir, mən canlı tərpənişlər istəyirəm”.