İstanbulda "Yeni Gazino"da səhnəyə çıxan türkiyəli müğənni Hülya Avşarın dərin kürək dekolteli geyimi sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub.
"Sherg.az"ın məlumatına görə, H.Avşar "İnstagram" səhifəsində səhnədə çəkilən fotolarını paylaşıb.
İzləyicilər isə sözügedən şəkillərə "parçası çatmayıb", "zövqsüzdür, gündəmdə olmaq üçün belə geyinir", "ədəbsizliyin adı cəsurluq olub" kimi şərhlər yazıblar.
Qeyd edək ki, müğənni sonradan şərh bölməsini bağlayıb.